• 22:45 – MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - Foto 
  • 22:36 – Türkiyədə 350-dən çox qanunsuz miqrant saxlanıldı 
  • 20:41 – Qonşu ölkədən Azərbaycana pul köçürmələri kəskin artdı 
  • 20:37 – Ukrayna ordusu bu şəhəri azad etdi - Əməliyyatın videosu 

Hakimin ölümünə səbəb olan sürücü həbs edilmədi



Hakimin ölümünə səbəb olan sürücü həbs edilmədi


Sumqayıt-Pirşağı avtomobil yolunda hakim Aynur Rzayevanın ölümü ilə nəticələnən qəzanı törədən Nuran Abdurrahmanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

XEBERTV.AZ   e-hüquq.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin edilməyib. Məhkəmə N.Abdurrahmanovun ev dustaqlığı qətimkan tədbirinin tələblərinə əməl etməsini, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq onun barəsindəki qətimkan tədbirini qüvvədə saxlayıb.

Xatırladaq ki, hadisə 2025-ci il dekabrın 22-də Sumqayıt-Pirşağı avtomobil yolunda baş verib. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın avtomobili hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb, hakim Aynur Rzayeva isə hadisə yerində vəfat edib.

Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub. O, 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →