• 16:52 – Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb... 
  • 17:28 – Bu tarixə qədər neft 150 dolları keçəcək: Dünya iqtisadiyyatı çökür 
  • 17:25 – Paşinyan ermənilərə reallığı izah etdi: Anti-sülh koalisiyasının müharibə planı 
  • 17:20 – Aprelin pensiya ödənişləri yekunlaşdı 

Sabah Bakıya qar yağacaq



Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.

XEBERTV.AZ xəbər verir ki,   bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə 75-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →