İctimai Nəzarət Koalisiyası öz fəaliyyətini dayandırdı
- 11.10.2025, 19:04,
- Cəmiyyət / Sosial

İctimai Nəzarət Koalisiyası öz fəaliyyətini dayandırdı
BAKI-XEBERTV.AZ
Dünyanın əksər ölkələrində 3-cü sektor fəaliyyət göstərir. 1991-ci ilin oktyabr ayında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra aidiyyəti üzrə hüquqi normativ qaydaları hazırlandı. Yalnız bundan sonra Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinə icazə verildi. Bu tipli təşkilatlardan da biri Azərbaycan Respublikası İctimai Nəzarət Koalisiyasıdır.Koalisiya 2015-ci il oktyabrın 2-də yaradılıb. Koalisiyanın sədri Rasim Məmmədovdur.
2025-ci il oktyabrın 4-də İctimai Koalisiyanın fəaliyyətinə xitam verilməsi haqqında məlumat aldıq. Biz, bu və ya digər sualları savablandırması üçün Rasim Məmmədova müraciət etdik. O, dedi:
-Mən həm "Sabitlik və İnkişaf Mərkəzi" ictimai birliyinin sədriyəm, həm də, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidentiyəm. 10 il öncə İctimai Nəzarət Koalisiyası yaradılanda əsas məqsədimiz Ölkə əhalisinin maraqlarını müdafiə etməkdən ibarət idi. Biz, müəyyən addımlar atdıq və əhalinin kiçik bir hissəsinin tapdanmış hüquqlarını müdafiə edə bildik.Son 3-4 il ərzində bütün nazirlik və komitələrdə ictimai şuralar yaradılır. Dövlət Başçısı, həmçinin, Prezident Administrasiyasının Rəhbərləri özləri maraqlıdır ki, ictimai maraqlar qorunsun. Fəaliyyətimizin 10-cu ildönümünü tamamladıq və İdarə Heyətinin qərarı ilə Koalisiyanın fəaliyyətini dayandırdıq.Xahiş edirəm, KİV əməkdaşları qəbul olunan qərarla əlaqədar ziddiyətli yazılar yazmasınlar.
Rasim Məmmədov fikrini belə tamamladı: biz, Azərbaycanın Dövlət Baçısına qarşı sədaqətliyik, bundan sonra da sədaqətli olacağıq..
Reytinq:

- 0