• 10:01 – Putin müharibəni niyə dayandırmır? - Səbəb 
  • 13:40 – Hicaba nəzarətin azalmasından sonra İranda gecə həyatı.. 
  • 13:35 – Sabah leysan yağacaq 
  • 13:20 – Bakıda İtaliya Mətbəxi Həftəsinə Start Verildi 

Azərbaycanda ilk dəfə qaz ölçmə qovşaqlarının istehsalına başlanılıb




Azərbaycanda ilk dəfə qaz ölçmə qovşaqlarının istehsalına başlanılıb

Azərbaycanda ilk dəfə qaz ölçmə qovşaqlarının istehsalına başlanılıb

Azərbaycanda ilk dəfə olaraq, Gəncə Cihazqayırma Zavodunda qazpaylayıcı şəbəkələr üçün qaz ölçmə qovşaqlarının istehsalına başlanılıb.

XEBERTV.AZ  “Report” -a istinadən xəbər verir ki, bunu zavodun baş mühəndisinin müavini Vasif Rəhimov jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə Gəncə Cihazqayırma Zavoduna media tur çərçivəsində bildirib.

“Qısa müddət ərzində yeni sexlər tikilib, müasir texnoloji avadanlıqlar quraşdırılıb. Qaz sayğaclarının hissələrinin mexaniki emalı, yığımı və test olunması üçün sahələr yaradılıb. Bu istiqamətdə çalışacaq mütəxəssislər zavod daxilində yetişdirilir”, - V. Rəhimov qeyd edib.

Onun sözlərinə görə, hazırda Gəncə Cihazqayırma Zavodunda ildə 500 minə yaxın qaz sayğacı istehsal olunur: "Zavod fəaliyyətə başladığı dövrdə illik istehsal gücü 300 min ədəd olub. Ehtiyac yaranacağı təqdirdə, tələbatı ödəmək üçün bütün texniki və insan resurslarımız mövcuddur. Hazırda zavodda 250-270 nəfər çalışır”.

V. Rəhimov qeyd edib ki, Gəncə Cihazqayırma Zavodunun qaz sayğacları əsasən ölkə daxilindəki tələbatı qarşılayır, su sayğacları isə Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rusiya kimi xarici ölkələrə ixrac olunur: “Zavod enerji resurslarının ölçülməsi sahəsində ixtisaslaşıb. 2022-ci ildən etibarən su sayğaclarının istehsalına başlanılıb. Hazırda bu məhsullar ölkənin su təchizat sistemində geniş istifadə olunur və etibarlılığı ilə seçilir”.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyində islahatlar nəticəsində yerli istehsala xüsusi önəm verilib: “Əvvəllər idxal edilən bir çox məhsulun ölkə daxilində istehsalına başlanması təşəbbüsü Gəncə Cihazqayırma Zavoduna da həvalə olunub. Zavod bu etimadı doğrultmaq üçün məişət qaz sayğacları və onların montaj hissələri - elektron modullar, qoruyucu qutular, müxtəlif təyinatlı plomblar və digər komponentlərin istehsalını təşkil edib”.

Xatırladaq ki, məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması məqsədi ilə 2021-ci ilin noyabr ayının 4-də “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb. Memoranduma əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda meteroloji parametrləri və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunması və istehsal olunan qaz sayğaclarının “Azəriqaz” tərəfindən xidməti sahələrdə quraşdırılması nəzərdə tutulub.

Memorandum çərçivəsində ilkin olaraq 2 000 ədəd qaz sayğacının “Azəriqaz”a təqdim olunması təmin edilib. Həmin qaz sayğacları sınaq qurğularında yoxlanılıb və eyni zamanda “Azəriqaz”ın qaz şəbəkəsində quraşdırılması həyata keçirilib. Sözügedən yoxlama və sınaqlar zamanı heç bir qüsur aşkar edilməyib. Artıq 2023-cü ilin may ayında “Azəriqaz”ın məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ilə müqavilə bağlanıb. “Azəriqaz” ilə “Gəncə Cihazqayırma Zavodu” arasında əməkdaşlıq çərçivəsində sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığının azalması; Yəni qaz sayğaclarının alqı-satqısının yerli istehsalla həyata keçirilməsi, yerli sahibkarlığın inkişafına dəstəyin verilməsi, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısının alınması, şəffaflığın təmin edilməsi və qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasının təmin edilməsi nəzərdə tutulub.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →