• 16:03 – Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır 
  • 15:55 – Malidə bu şəhər ələ keçirildi: Rusları buradan qovacağıq 
  • 15:50 – Yaponiya ABŞ-dan xam neft aldı 
  • 22:00 – İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir 

Bakıda salınacaq bulvar ərazisindən yeni görüntülər - VİDEO




Bakıda salınacaq bulvar ərazisindən yeni görüntülər - VİDEO

Bülbülə gölünün ətrafında bulvar salınır, artıq işlər sürətli şəkildə davam etdirilir.

XEBERTV.AZ   ATV-yə istinadən xəbər verir ki, hazırda gölün ətrafında yerləşən qamışlıqlar təmizlənir, çirkab suların təmizlənməsi üçün xüsusi qurğular quraşdırılır. Abadlıq və quruculuq işləri başa çatdıqdan sonra gölün ətrafı təmiz, baxımlı və ekoloji cəhətdən dayanıqlı istirahət məkanına çevriləcək.

99 hektar ərazini əhatə edən Bülbülə gölünün dərinliyi 2 metr 80 santimetrdir. Gölün yaxınlığında yaşayış məntəqələri də yerləşir və görülən işlərdən ən çox bu ərazilərdə yaşayan sakinlər razılıq edirlər.

Layihə çərçivəsində gölün ətrafında restoran və kafelərin fəaliyyət göstərməsi planlaşdırılır. Əsas məqsəd isə Bülbülə gölünün ekoloji durumunun yaxşılaşdırılmasıdır.

Ətraflı süjetdə:


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →