• 09:36 – Bakı sakinləri təşvişdə: yayılan bu sirli həşərat nədir? 
  • 09:28 – Putinin hesablamaları iflasa uğrayıb - Mur 
  • 09:25 – DÇ-2026: ABŞ Paraqvayı darmadağın etdi 
  • 13:11 – SEPAH-ın kazarmalarını  ABŞ tərəfindən  vurdu 

Azərbaycanda avtomobillərdə çipli nömrələr ləğv olundu


Azərbaycanda avtomobillərdə çipli nömrələr ləğv olundu


Azərbaycanda avtomobillərdə çipli nömrələr ləğv olundu

Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur.

XEBERTV.AZ xəbər verir ki,Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a verilən məlumata görə, çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb.

Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.

Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →