• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Mingəçevirdə qadının çantasında külli miqdarda heroin aşkarlanıb VİDEO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini Zemfira Xəlilovanın üzərində güclü təsiredici narkotik vasitə daşıması barədə şöbəyə əməliyyat məlumatı daxil olub. Keçirilmiş tədbirlərlə həmin qadın saxlanılıb və şəxsi axtarış zamanı onun əl çantasından külli miqdarda heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı Zemfira Xəlilovanın narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla 500 manata aldığı məlum olub.

Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb və Z.Xəlilova təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →