• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Prezident İlham Əliyev: Bu gün xaricdə yaşayan azərbaycanlılar müzəffər Azərbaycanın övladları olmaları ilə fəxr edirlər

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayır, onlara uğurlar arzulayıram. Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bu gün xaricdə yaşayan azərbaycanlılar müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladları olmaları ilə fəxr edirlər.

Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayını tarixi hadisə adlandıran Prezident İlham Əliyev deyib: “Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →