• 20:42 – Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - Video 
  • 20:35 – AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin! 
  • 20:32 – Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 
  • 20:27 – Krasnodara PUA hücumu: 6 ölü, 47 yaralı... 

ABŞ-ın Meyn ştatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

ABŞ-ın Meyn ştatında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, yanvarın 1-də “Azərbaycan Meyn Cəmiyyəti” tərəfindən təşkil olunmuş bayram tədbirində ştatın Azərbaycan, əfqan, türk, alban, Ukrayna, Rusiya, Litva, İran, İraq, Livan, özbək, tacik və digər etnik icmaları təmsil edən 150-dən çox qonaq iştirak edib. Bundan əlavə, tədbirdə ştatın dövlət və qeyri-hökumət qurumlarının təmsilçiləri də olub.

Bayram gecəsində Azərbaycanın tanınmış skripka ifaçısı Maestro Ceyhunla bərabər, ukraynalı və albaniyalı musiqiçilər də folklor mahnıları, icma üzvü Səbinə Nəcəfova isə Azərbaycan milli rəqslərini ifa edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →