• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Gəncədə “YAŞAT” üçün xeyriyyə konserti

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yaşat” adlı xeyriyyə konserti təşkil olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri (dirijor Xalq artisti Rafael Bayramov) və “Xəmsə” Estrada Ansamblı (bədii rəhbər Şəhriyar Tağıyev) çıxış edib.

Xeyriyyə konsertində qəhrəmanlıq mövzusunda bir-birindən maraqlı musiqi nömrələri, dünya musiqi incilərindən nümunələr səsləndirilib.

Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, şəhid və qazi ailələri, şəhər sakinləri fəal iştirak ediblər.

Bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →