• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

“SAY” layihəsi qayıdır: Ağcabədidə düşərgə həyata keçiriləcək



 





BAKI-XEBERTV.AZ


“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “SAY - Support of Azerbaijani Youth” layihəsi çərçivəsində  “SAY: İrsimiz” düşərgəsi həyata keçiriləcək.

Ağcabədi rayonunda baş tutacaq düşərgə çərçivəsində kommunikativ və proaktiv keyfiyyətlərinin inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi və tolerantlıq prinsiplərinin formalaşdırılması, eləcə də ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq məqsədilə müxtəlif təlim sessiyaları, qrup işləri, idman fəaliyyətləri təşkil olunacaq. Layihənin davamlılığının təmin olunması məqsədi ilə iştirakçı gənclər şəbəkə halında formalaşaraq birliyin ümumi fəaliyyətlərinə yaxından cəlb olunacaq, eləcə də yerli və beynəlxalq əhəmiyyətli layihələrin tərkib hissəsinə çevriləcək.

Üç gün davam edəcək “SAY: İrsimiz” düşərgəsinin keçirilməsində əsas məqsəd Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışmış dahi rəhbər, ümummilli lider Heydər Əliyev irsinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətini gənc nəsillərə aşılamaqdan ibarətdir.

Xatırladaq ki, “SAY - Support of Azerbaijani Youth” layihəsi “İRƏLİ” İctimai Birliyinin 2014-cü ildən başlanan və proqram xarakterli layihələrindən biridir. İndiyədək layihə çərçivəsində səkkiz düşərgə ilə 750-dən çox gənc əhatə olunub.

“SAY: İrsimiz” düşərgəsində iştirak etmək istəyən 18-29 yaş aralığında, təşəbbüskar və məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/ixC47





OXU.AZ


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →