• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Rusiya ilə əvvəlki əlaqələr davam edə bilməz - Moldova



Rusiya ilə əvvəlki əlaqələr davam edə bilməz - Moldova


 

Moldova artıq Rusiya ilə əvvəlki münasibətlərini davam etdirə bilməz. Çünki Kişinyov müharibəni gözardı edə bilməz və ardıcıl olaraq hərbi təcavüzü pisləyir.

 XEBERTV.AZxəbər verir ki, bunu Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Vlad Kuk deyib.

Kukun sözlərinə görə, Moldova Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Rusiya ilə təmasların intensivliyini azaldıb:

"Dialoq davam edir, lakin yüksək səviyyədə demək olar ki, danışıq yoxdur, tərəflər diplomatik idarələr, səfirliklər və nazirliklər vasitəsilə mesaj mübadiləsi aparırlar. Səfirliklər və nazirliklər səviyyəsində təmaslar ilk növbədə Ukraynadakı hadisələrə yönəlib. Baş verənlər bizə çox təsir etdi. Bu, təhlükəsizliyimizə, siyasi, iqtisadi, sosial sahələrimizə təsir etdi. Bu barədə Rusiya ilə danışırıq, müharibəni qətiyyətlə pisləyirik".


Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →