• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Şəhid Fərid İlyas oğlu Nadirovun ad günü qeyd olunub

Şəhid Fərid İlyas oğlu Nadirovun ad günü qeyd olunub

Göyçay rayonu Şəhid Fərid İlyas oğlu Nadirovun cənətdəki ikinci ad günü qeyd olunub. Goycayxeber.info.az xəbər verir ki. mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin üzvləri, Şəmkir, Ucar rayonlarından şəhid ailələri, KİV -n əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vətən müharibəsi şəhidləri bir dəqiqlər sükutla yad olunub. Şəhidin məzarı ehtiramla yad olunaraq, ruhuna dualar oxunub. Məzarı üzərinə tər qərənfilər düzülüb.

Tədbirdə çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu.

Şəhidin təhsil aldığı Göyçay şəhər R.Rza adına 1 saylı tam orta məktəbin məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər. Mərasim Göyçay rayonunun Üngütlü kəndində Şəhid Fərid İlyas oğlu Nadirovun adının əbələşməsi məqsədi ilə keçən il açılan bulağın qarşısında davam edib.
Sonda şəhidin evində ehsan süfrəsi verilib.

Qeyd edək ki, şəhid Fərid Nadirov 21 sentyabr 2000-ci ildə Göyçay rayonunun Üngütlü kəndində anadan olub.27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →