• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirib






 

"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirib

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Klubdan "Report"a verilən məlumata görə, "ağ-qaralar" nigeriyalı hücumçu Aaron Olanarenin transferini açıqlayıb.

Afrikalı forvardla 1 illik müqavilə bağlanıb. Təcrübəli oyunçu paytaxt təmsilçisində 25 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Aaron Olanare 2016-2018-ci illərdə Rusiya MOİK-inin şərəfini qoruyub.

30 yaşlı mərkəz hücumçusu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib. Son 2 mövsümü Türkiyə “Ərzurumspor”unda keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib.

Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →