• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Orucun daha bir inanılmaz faydası ortaya çıxdı

Orucun daha bir inanılmaz faydası ortaya çıxdı





Sağlam qidalanma mütəxəssisi Şilan Alyamaçın sözlərinə görə, oruc tutanlarda aktivləşən “sirtuin geni” bədəni həm cavanlaşdırır, həm də yaşlanmanı ləngidir.


Ekspert qeyd edib ki, bu dövr, əslində orqanizm üçün bir növ bərpa prosesi olan “autofagiya” hadisəsini tətikləyir.

Mütəxəssis əlavə edib ki, sirtuin adlı genlər aclıqla aktivləşməyə başlayır ki, onun sayəsində 1 il 4 və ya 6 ay cavanlaşma və uzunömürlülük əldə etmək mümkündür.

“Laboratoriyada aparılan araşdırmada məlum olub ki, heyvanların qidaları və toxluğu 40 faiz azaldıqda, 1 il 4 və 6 ay cavanlaşıblar, eyni zamanda ömürləri uzanıb. Sirtuin geni insan ac olduğu zaman ifraz olunur, ömür müddəti də uzanır.

Laboratoriya siçanları və meymunları daha yaşlı, tükləri tökülmüş vəziyyətdə olub, yaralarının isə gec sağaldığı qeydə alınıb. Ac eksperiment heyvanlarının isə daha uzun ömür sürdüyü və sağlam olduqları sübut edilib”, – Şilan Alyamaç bildirib. (publika.az)
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →