• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Prezident Laçın rayonunda xüsusi nümayəndəsinə tapşırıqlar verib

Prezident Laçın rayonunda xüsusi nümayəndəsinə tapşırıqlar verib

Məlum olduğu kimi 28 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyev qəbul zamanı çıxışı əsnasında Laçın rayonunda aparılan irimiqyaslı quruculuq işləri ilə bağlı geniş məlumat vermiş, qarşıda duran vəzifələr barədə detallı açıqlamalar təqdim etmişdir.
30 ilə yaxın müddət ərzində erməni qəsbkarları Azərbaycanın işğal olunmuş ərazilərində dünyada misli görülməmiş vəhşiliklər törədiblər. Şəhərlərimiz, yüzlərlə qəsəbə və kəndlərimiz dağıdılaraq, yerlə-yeksan edilib, tarixi-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. 1992-ci ildə may ayının18-də ermənilər tərəfindən işğal olunmuş Laçın rayonuda bu kimi vandalizm əməllərinə məruz qalmış rayonlardan biridir. Həmin vaxt erməni Silahlı Qüvvvələri Azərbaycan hakimiyyətinin zəifliyindən, ölkəmizdə baş alıb gedən hərc-mərclikdən yararlanaraq Laçın dəhlizindən keçməklə bu rayonu işğal etmiş və Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmağa müvəffəq olmuşdular. İşğal nəticəsində Laçın rayonunun 80 min nəfərə yaxın əhalisi öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Məlum olduğu kimi işğal olmuş ərazilərdə coğrafi adların dəyişdirilməsi, təbii resursların talan edilərək qazanc mənbəyinə çevrilməsi, qeyri-qanuni məskunlaşma həyata keçirilməsi bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Rəsmi İrəvan işğal dövründə bütün bu cinayət əməllərinin Azərbaycanın işğal altında olan digər ərazilərində olduğu kimi, Laçın rayonunda da həyata keçirmişdir. O cümlədən ermənilər Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə bu rayonda məskunlaşdırmaqla demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə də məşğul olublar. Dünya ictimaiyyəti isə bütün bu baş verənlərə göz yumaraq Azərbaycanın hüquqlarını bərpa etmək istiqamətində bircə addım belə addım atmamışdır.
Laçın rayonunun hərbi-siyasi yolla azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xüsusi önəm kəsb edən uğurudur. 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuz cəmi 44 gün ərzində bütün ərazilərimizi işğaldan azad etdi. Müharibənin ən sonuncu günündə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri azad olundu. 2020-ci il 10 noyabr tarixində faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı. Məhz bu tarixi sənədin şərtlərinə əsasən 2020-ci il 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldı. Bu əraziləri qan tökmədən geri almaqla Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik müstəvilərdə Ermənistanı darmadağın etmiş oldu. Güləbird və digər bir neçə kəndin, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin məğlubiyyətinə gətirib çıxardıb. Və bu Azərbaycanın böyük tarixi Zəfəri olaraq növbəti qalibiyyətlərə yol açdı. Hal-hazırda isə Azərbaycan həm Laçın rayonunun təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması üçün qarşıya qoyulmuş əsas vəzifələrin icrası ilə məşğuldur. Bu məqsədlə Laçın rayonun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan dövləti Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra öz doğma torpaqlarında rahat yaşamalarını tam təmin edəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →