• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Peşə-əmək Reabilitasiya Mərkəzinin yetirmələri X Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcəklər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin yetirmələri X Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcəklər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, martın 22-dən 25-dək Fransanın Metz şəhərində keçiriləcək çempionatda ölkəmizi təmsil edəcək abilimpiyaçıların sırasında həmin mərkəzdə peşələrə yiyələnmiş 9 nəfər gənc -Asif Qasımov, Əfsanə Tağıyeva, Ümid Rüstəmov, Natiq Əhmədov, Cəmilə Məmmədli, Leyla Rəsulova, Orxan Əliyev, Nərmin İsmayılova və Oruc Salehov yer alacaq.

Onlar bədii oyma, dulusçuluq, aşpazlıq, milçə ilə toxuculuq, dərzilik və digər sənət növləri üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Mərkəzin həmin yetirmələri bundan əvvəl ötən ilin dekabrında keçirilən I Milli Abilimpiya Çempionatında da iştirak edərək yarışların qalibləri olublar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →