• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Moldova KİV-ləri Bakıda keçirilən nazirlər konfranslarının əhəmiyyətindən yazıb

Moldovanın kütləvi informasiya vasitələri Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarını diqqət mərkəzində saxlayıb.

AZƏRTAC xəbər verir ki, “Noi”, “Point” və digər xəbər portallarında dərc edilən məqalələrdə bu layihələrin əhəmiyyəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd olunub. Bildirilib ki, Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjisinin nəqli üçün dənizin dibi ilə çəkiləcək kabel və Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək.

Vurğulanıb ki, bu layihənin həyata keçirilməsi sayəsində Moldova və Ukrayna Rumıniya vasitəsilə Azərbaycandan elektrik enerjisi ala biləcəklər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →