• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Narkotiklərin satışı ilə məşğul olan şəxslərdə 8 kiloqram heroin və marixuana aşkarlanıb

Nizami rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər Daxili İşlər Nazirliyinin Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı saxlanılıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polisə Elnur adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs - Elnur Sultanov tutularaq polis idarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman dörd bükün heroin aşkarlanıb. Saxlanılan şəxs tanışı Hikmət Səmədovun tapşırığı ilə Nizami rayonu və paytaxtın digər ərazilərində narkokuryerlik etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Hikmət Səmədov da qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.

Sonuncunun idarə etdiyi avtomobildən 2 kiloqram 668 qram heroin və 5 kiloqramdan çox marixuana aşkarlanıb. Hikmət Səmədov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Baba” adlı şəxsdən Bakı şəhərində satmaq məqsədilə aldığını bildirib.

Aşkarlanan faktlarla bağlı idarənin istintaq şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →