Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
  • ... Amma biz də durmayacağıq
  • Mircəfər Bağırovun bilinməyən məzarı - Gizlədilən həqiqət - VİDEO - FOTOLAR
  • "Xocalıya Ədalət"
  • Minlərlə ailəyə ŞAD XƏBƏR: 400-dək yaşayış kompleksi...
  • Şok: Süni ət yaradıldı, heyvan kəsilməyəcək - Video
  • ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ .
  • Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
  • Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
  • 180 restoran fəaliyyətini dayandırdı - Bahalaşmaya görə
  • Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
  • Qar qonşu ölkədə fəsadlar törətdi
  • Leyla Əliyeva “Zima” festivalını izlədi – Fotolar
  • "Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
  • Prezident İlham Əliyev əsgərlərlə nahar etdi - VİDEO
  • Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir
  • Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK
  • Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto
  • 14 yaşlı qız işgəncəyə görə evdən qaçdı
  • Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert
  • Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
  • Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk
  • İnanılmaz FÜRSƏT: Bu kəndə köçənlərə 10 min dollar veriləcək
  • Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
  • Türkiyə ilə Gürcüstan sərhədi bağlanır - Səbəb
  • 10 Nis 2016, 17:43   
        300
    Lələ Təpədə özünü düşmənin atdığı qumbaranın üstünə atan qəhrəman mayor...

    Lələ Təpədə özünü düşmənin atdığı qumbaranın üstünə ataraq əsgərlərini xilas edən şəhid qəhrəmanımızı hamı tanımalıdır!

    Qəhrəman hərbçi, dəyərli Vətən övladını hamımız yaxından tanıyaq.

    Onunla Tovuzda dəfələrlə görüşmüşdük. Tovuz istiqamətində ön cəbhədə xidmət edirdi 10 il əvvəl. Dəyərli hərbiçi, gözəl insan, Vətənini dəlicə sevən bir vətəndaş idi mayor Elnur Əliyev. Sonra xidmət yerinin Fizuli istiqamətində dəyişdini duydum. Və yenə də ön cəbhədə Vətənini qoruyur, torpaqlarımızın işğaldan edilməsi arzusu ilə yaşayırdı. İnsanlarımız onu haqqında 7 gün əvvəl əsgərlərini xilas etmək üçün özünü qumbaranı üstünə atara şəhid olan dəyərli bir hərbiçimiz kimi daha geniş tanıdı. Qəhrəman bir hərbçi, gözəl insan əziz şəhidmiz mayor Elnur Əliyev! Qəhrəman qardaşımızın ailəsini Füzulidə ziyarət edib, şəhidimizə Allahdan rəhmət, əziz ailəsinə səbr dilədik. Ailəni ziyarətdən öncə Lələ Təpənin işğaldan azad etmək üçün döyüşdə iştirak etmiş əsgər və hərbiçilərimizlə söhbət etmişdik. Hamısı mayor Elnur Əliyevin necə mərd, qəhrəman bir hərbiçi, gözəl insan, Vətənini dəlicəsinə sevən bir oğul olduğunu vurğulayırdılar, onu necə qəhrəmanlıq örnəyi qoyduğundan ürək dolusu danışırdılar. Onun qəhrəmanlığı uşaqlarımızı öyrədilməli, KİV-lərimiz onun haqqında, qəhrəmanlığı haqqında daha çox yazılar hazırlamalı, sənədli filmlər çəkilməlidir.Çünki o qəhrəmanlığı ilə örnək bir Vətən evladıdır.

    Ömrü ön cəbhədə keçmişdi. Dəyərli qardaşımın ailəsinə bir gün başsağlığına gedəcəyim ağlımdan keçməsə də onun Vətən üçün hər an şəhid olmağa hazır bir insan olduğunu bilirdim hər zaman. Dədəli kəndindəndir Elnur şəhid qardaşımız. Evləri 1993-cü ildə işğal olunmuşdu. Anasını tez itirmişdi. Sonra atasını. Evin böyüyü idi. Həyatını hərbi ilə bağlamaq qərarı verdi. Çünki ən böyük arzusu Vətən torpaqlaırını, ata yurdunu,evini düşməndən azad etmək idi. İllər əvvəl Tovuzda ön cəbhədə xidmət etdiyi zaman onunla söhbətlər zamanı onun bu müqqədəs arzu üçün yaşadığını hiss etmək çətin deyildi. Qardaşını Amid bəyi da hərbiçi olmağa meyilləndirmişdi. Qardaşı, bacısının həyat yoldaşı onun ardınca hərb peşəsinə yollanmışdılar. Vətəni işğaldan azad etmək üçün.

    Şəhid qardaşımız Elnur Əliyev Lələ Təpədə qəhrəmanlıqla döyüşüb və əsgərlərini xilas etmək üçün canını qurban verib. Onunla bütün millətimiz qürur duyur. İnşallah qanları yerdı qalmayacaq və inanırıq ki, torpaqlarımız tamamilə işğaldan azad olunanda onların ruhu da sevinəcək.

    Şəhid qardaşımızın mərd, mətanətli xanımı həyat yoldaşımla qürur duyuram Vətən sağ olsun sözləri ilə hamımız üçün bir mərdlik, mətanət örnəyi idi. Mərd qürurlu xanımı və atasına layiq övlad olacaq 2 oğlunu bizə əmanət edib getdi əziz şəhid qardaşımız. Uşaqlar sanki 7 gündə 7 il böyüyüblər. Hər ikisi, Elvin də Elxan da biz hərbi məktəbdə oxuyacağıq, hərbiçi olub atamızın qanını alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik deyirlər. Dəlicəsinə sevdikləri atasından ayrılmaq onlar üçün çox ağır olsa da qəhrəman bir şəhidin övladı olduqlarının da fərqindədirlər. Allah sizi qorusun gözəl balalarımız və şəhidimizin əziz xanımı. Qarşınızda baş əyirik. Başımızın tacısınız hər zaman. Nur içində yatsın şəhidimiz.moderator.az
    loading...