• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı Moldovanın aparıcı KİV-lərində

Moldovanın aparıcı KİV-lərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı və İsveçrəyə səfəri çərçivəsində keçirdiyi görüşlər geniş işıqlandırılıb.

Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, “Publika” və “Primeleştiri” televiziya kanallarında, o cümlədən “Noi” və digər xəbər portallarında rumın və rus dillərində dərc olunmuş məqalələrdə Prezident İlham Əliyevin Litvanın Prezidenti Gitanas Nauseda ilə görüşü zamanı Laçın dəhlizi ilə bağlı söylədikləri xüsusi diqqətdə saxlanılıb.

Eyni zamanda, məqalələrdə dövlətimizin başçısının fikirlərinə istinadla vurğulanır ki, Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olur, o cümlədən yalan məlumatlar əsasında guya yolun bağlı olduğu iddia edir.

Bundan əlavə, məlumatda Laçın yolunun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyi bildirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →