• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Ötən il Aİ ölkələrində taxıl və yumurtanın qiymətləri 40 faizdən çox artıb

2022-ci ildə Avropa İttifaqı ölkələrində taxıl və yumurtanın qiymətləri 40 faizdən çox artıb, ümumilikdə isə aqrar məhsulların qiymətlərində 24 faiz artım olub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə cümə axşamı günü Avropa Statistika Agentliyi (Eurostat) məlumat yayıb.

“Aİ-də kənd təsərrüfatı məhsullarının orta qiymətləri 2021-ci illə müqayisədə ötən il 24 faiz artıb, ən yüksək qiymət artımı dənli bitkilərdə (45 faiz), yumurtada (43 faiz) və süd məhsullarında (31 faiz) qeydə alınıb”, - agentliyin məlumatında belə deyilir.

Ötən il qiyməti ucuzlaşan yeganə kənd təsərrüfatı məhsulu meyvə olub – 3 faiz.

Eurostat qiymət artımına əsas səbəb kimi Ukraynadakı müharibəni, həmçinin 2022-ci ildə dünyanın bir çox regionlarını vuran şiddətli quraqlığı göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →