• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Luis Hamilton bu il ən çox qazanc əldə edən Formula 1 pilotudur

Formula 1 pilotlarının bu il əldə etdikləri qazanc müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Mercedes”in pilotu Luis Hamilton digər rəqiblərindən daha çox qazanc əldə edib. Yeddiqat dünya çempionu yola saldığımız mövsüm 40 milyon dollar qazanıb. İkinci yerdə son iki mövsümün çempionu Maks Ferstappen qərarlaşıb. “Red Bull”un niderlandlı pilotu 35 milyon dollar əldə edib. İlk üçlüyü 20 milyon dollarla “Alpin”in şərəfini qoruyan Fernando Alonso tamamlayıb.

İyirmi pilot arasında ən az gəlir əldə edən isə “Alfa Tauri”dən Yuki Tsunodadır. O, ili 750 min dollarla başa vuracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →