• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Qanla suvarılan torpağı ziyarət etdik!


BAKI-XEBERTV.AZ


 


Şamil Sabiroğlu, 44gunsavash.az saytının baş redaktoru


Qanla suvarılan torpağı ziyarət etdik!


Azərbaycanda elə bir insan yoxdu ki, Xocalı soyqırımı barədə məlumatı olmasın. XX əsrdə 3 dəfə yandırılan, yerlə yeksan edilən Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror əməliyyatları zamanı düşmən tapdağından azad edilib. Hazırda işğaldan azad edilən ərazilərdə, həmçinin, Xocalı şəhərində quruculuq-bərpa işləri aparılır. Qazıntı işləri aparılan zaman 1992-ci il fevralın 26-da və sonrakı dönəmdə vəhşicəsinə qətlə yetirilən və ya diri-diri basdırılan şəxslərin meyitləri aşkar edilib. Onların şəxsiyyəti dəqiqləşdirildikdən sonra dəfn edilmələri üçün ailələrinə təhvil verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən Xocalıda Şəhidlər xiyabanı salınıb. 32 il bundan öncə və sonralar şəhid olmuş xocalıların həmin Xiyabanda dəfni nəzərdə tutulur. Martın 31-i Dünya azərbaycanlılarının soyqırımı günü 32 il öncə şəhid olan 7 nəfər sakinin dəfn mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşları, ziyalılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edirdilər. Mərasimi Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov açdı. Elçin müəllim, Dövlət Başçısı adından tədbir iştirakçılarını salamladı, tədbirin ictimai-siyasi əhəmiyyətindən danışdı.Natiq qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 2020-ci il sentyabrın 27-də başlanan savaşda qazandığı tarixi qələbə, həmçinin, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror əməliyyatları nəticəsində azad olunan digər ərazilər zamanın Ölkəmizin xeyrinə işləməsindən xəbər verir.  Xocalı şəhərində aparılan qazıntılar zamanı tapılan insan cəsədləri Ermənistanın iç üzünü açıb göstərir. Biz, Xocalı soyqırımı zamanı və ondan sonra işgəncə ilə qətlə yetirilən soydaşlarımızın nəşinin elə Xocalıda dəfn olunmaları barədə qərar verdik. Yeni salınan Şəhidlər xiyabanı həm də düşmənlərimizə bir mesajdır.


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupun Rəhbərinin müavini Eldar Səmədov, sabiq döyüşçü Hüseyn Qasımov, şəhid Ağəli Əliyevin qardaşı Arif bəy və başqaları çıxış edərək Dünya azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar Xalqımıza başsağlığı verdilər.Çıxış edənlər xüsusi olaraq vurğuladılar ki, işğaldan azad edilən ərazilərdə quruculuq işləri geniş vüsət alıb. Buna görə də hamılıqla Dövlət Başçısı cənab İlham Əliyevə təşəkkür edirik.


Mərasimdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşı Elnur Bağırlı, “Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyinin sədri Füzuli Rzaquliyev, Respublika Şəhid Ailələrinə “Qayğı” ictimai birliyinin sədri Müşfiq Əliyev, “Erməni Təcavüzünün Tanıdılması” ictimai birliyinin sədri Səriyyə Müslümqızı, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Ceyran Əzizova, 44gunsavash.az və sabiroghlu.az saytlarının  baş redaktoru Şamil Sabiroğlu, “Azərbaycanda Minadan Zərər Çəkənlərin Assosiasiyası” ictimai birliyinin sədri,  qaziler.az saytının baş redaktoru, qazi Rey Kərimoğlu, həmçinin, Kütləvi İnformasiya vasitələrinin əməkdaşları iştirak edirdi.


Daha sonra şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq ehsan süfrəsi açıldı.


Fotolar “Xocalının səsi” qəzetinın baş redaktoru Qalib Bəyməmmədoğluya məxsusdur.


 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →