• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Qvardiola “Mançester Siti”nin ardıcıl ikinci mövsüm “trebl” qazanmaq ehtimalından danışıb

 

BAKI-XEBERTV.AZ 

“Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiola jurnalistlərlə söhbətində komandasının ardıcıl ikinci “trebl” (üç turnirdə qalibiyyət) şansını dəyərləndirib.

“Bu, reallıqdan çox nağıla bənzəyir, hər şey xeyli çətindir”, - deyə Xosep Qvardiola bildirib. Həmçinin ispaniyalı mütəxəssis qeyd edib ki, 99,9 faizlik ehtimalla “şəhərlilər” ötən mövsümün uğurunu təkrarlaya və yenidən “trebl” qazana bilməyəcəklər.

“Heç vaxt heç bir komanda buna nail ola bilməyib”, - deyə Qvardiola ardıcıl “trebl”ə işarə edib.

Xatırladaq ki, ötən mövsüm Qvardiolanın himayəsində olan “Mançester” klubu Premyer Liqanın, İngiltərə Kubokunun və Çempionlar Liqasının qalibi olub. Bu mövsüm “Mançester Siti” bu turnirlərin hər birində qələbə uğrunda mübarizəni hələlik davam etdirir.

Mənbə: liveresult.ru

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →