

Bakıda Gökhan Türkmenin möhtəşəm konserti baş tutdu
Kuponbooking və eventoffice-in birgə təşkilatçılığı ilə sevilən sənətçi Gökhan Türkmenin möhtəşəm konserti baş tutdu.
Konsertə tamaşaçılar tərəfindən böyük maraq göstərildi və zal tam dolu idi. Musiqisevərlər sevilən ifaçının hit mahnılarını böyük coşqu ilə qarşılayaraq gecəyə xüsusi ab-hava qatdılar.
Gecənin ən diqqətçəkən məqamlarından biri isə konsert zamanı baş verən sürpriz evlilik təklifi oldu. Romantik anlar zalda böyük alqış və duyğusal anlarla yadda qaldı.
Konsertdən əvvəl sənətçi jurnalistlərin suallarını cavablandıraraq gecə ilə bağlı fikirlərini bölüşdü və dinləyicilərə unudulmaz bir axşam vəd etdiyini qeyd etdi.
Müəlliflər: İsmayıl Zaman, Zeynəb Abbasova