• 20:39 – Zelenski Bakıya yeni səfir göndərir 
  • 20:17 – Türkiyə ordusu Ermənistana girə bilər - Matevosyan 
  • 19:22 – 728-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı 
  • 19:08 – SUMQAYIT ŞƏHƏRİNDƏ ŞADLIQ SARAYI İCARƏYƏ VERİLİR. 

O öpüşdən sonra... - Flora Kərimova

 

14:12

Xalq artisti Flora Kərimova ötən gün “Zaurla Günaydın” proqramında həmkarı Niyaməddin Musayevlə başına gələn kruyoz hadisədən danışıb.

XEBERTV.AZ  Publika.az- aistinadən  xəbər verir ki, bu barədə Olay-a açıqlama verən sənətçi gülməkdən özünü saxlaya bilməyib.

Kərimova bildirib ki, bu, təsadüfən baş verib:

“Niyaməddin müəllim o qədər təmiz, sadə insandır ki... Onun addımını və hərəkətlərini yozmaq günahdır. Məni bu imtahana çəkməyin, gülməkdən başqa əlimdən bir şey gəlmir. O öpüşdən sonra günüm-güzəranım yoxdur. Elə zəng edirlər. Nə deyim? Nə yozum? Allah yuxarıdan baxır. Bəlkə elə oturub ki, hədəf dodağım olub (gülür). Bu yazıq gərək dursun, çönsün, qollarını açsın ki, dodağı dodağıma dəyməsin. Oturub çöndü öpdü, elə oldu ki, pozası düşdü dodağımın üstünə (gülür). Əgər mənə zəng edirlərsə, indi o kişini bezdiriblər. Məni qarğış yiyəsi etdiniz. İndi deyir ki, daş düşəydi o günə, gəldim oturdum sənin yanında. Bu da böhtan deyil ki, üzünə durasan, deyəsən düşünərək etdin, ya da mənə düşmənsən. Amma o qədər təmiz insandır ki, ağlından keçməz”.

Xatırladaq ki, efirdə Kərimova ilə görüşmək istəyən N. Musayev yanlışlıqla onu dodağından öpüb.




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →