• 13:40 – Hicaba nəzarətin azalmasından sonra İranda gecə həyatı.. 
  • 13:20 – Bakıda İtaliya Mətbəxi Həftəsinə Start Verildi 
  • 20:14 – Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatdı 
  • 20:10 – Məşhur bloger BANK AÇIR 

Sabah leysan yağacaq


Sabah leysan yağacaq


Sabah leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Lakin 17-dən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →