• 20:34 – DünyaAvropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi TANIDI29 Yanvar 2026 20:00 
  • 20:28 – Səhnə, işıqlar, geyimlər - Xalq artisti Tünzalə Ağayevadan NÖVBƏTİ FOTOSESSİYA 
  • 20:26 – Yüksək vəzifəyə təyin edilən Feyzullayev kimdir? 
  • 23:53 – Qurbanov "Liverpul"la oyundan danışdı: Ən yaxşı oyun... 

DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət etdi







DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) 27 Sentyabr – Anım Günü ilə bağlı müraciət edib.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Axar.az-a idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yol polisi Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ziyarətçilərin hər il olduğu kimi axınını nəzərə alaraq həmin ərazilərdə gün ərzində təhlükəsizliyi təmin etmək məqsədilə nizamlayıcı qismində xidməti təşkil edəcək:

“Lakin bütün ziyarət edən şəxslərdən xahiş edirik ki, hərəkətin intensivliyini nəzərə alaraq, əraziyə şəxsi avtomobilləri ilə deyil, ictimai nəqliyyatla gəlməyə üstünlük versinlər. Şəxsi minik avtomobilləri ilə gələn ziyarətçilərdən isə avtomobillərini yolun hərəkət istiqamətindən saxlamamağı xahiş edirik”.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →