• 22:13 – Qəbul imtahanının nəticələri açıqlandı 
  • 21:49 – İranın keçmiş prezidenti od püskürdü: "Ölkə parçalana bilər" 
  • 21:45 – 1194 nəfər imtahanda iştirak etmədi, 16-ı xaric olundu 
  • 21:37 – Makronun qərarı Fransa birjasını çökdürdü 

Azərbaycan və Türkiyə deputatları görüşüblər

Azərbaycan Milli Məclisinin deputatları ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə səfiri Cahit Bağçı məlumat verib. Səfir bildirib ki, qardaş Azərbaycanda olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım və deputatlar Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Yaşar Karadağ, Uğur Bayraktutan və Azərbaycanın Milli Məclisindəki deputat dostlar səfirlikdə olublar.

Xatırladaq ki, ötən gün, həmçinin Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü ilə görüş keçirilib. Daha əvvəl Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →