
İsrail Müdafiə Ordusu (IDF) dövlət başçısı İsxak Hersoqun olduğu hərbi helikopterin təcili eniş etdiyini bəyan edib.
XEBERTV.AZ xəbər verir ki, insidentə uçuş zamanı hava gəmisinin quş sürüsü ilə toqquşması səbəb olub.
Məlumata görə, Prezident Qüdsdəki Hersoq dağında keçirilən anım tədbirlərində iştirak etdikdən sonra ölkənin şimalına yola düşürmüş. Quşların helikopterin sistemlərinə çırpılmasından sonra ekipaj Palmahim aviabazasında eniş etmək barədə qərar qəbul edib.
"Helikopterin quşla toqquşmasından sonra göyərtədə nasazlıq yaranıb, lakin pilot Təl-Əviv yaxınlığındakı İsrailin Palmahim aviabazasında təcili eniş edə bilib", - deyə məlumatda bildirilir.
Hərbi idarə insident nəticəsində xəsarət alanların olmadığını və texnikada heç bir ciddi zədə qeydə alınmadığını qeyd edib.
Enişdən sonra prezident və onu müşayiət edən şəxslər başqa bir bortla yola düşərək qrafikə uyğun şəkildə səfərlərini uğurla davam etdiriblər. Hazırda İsrail Hərbi Hava Qüvvələrinin mütəxəssisləri helikopterin gələcəkdə istismara hazırlanması üçün texniki baxış keçirir, səlahiyyətli orqanlar isə baş vermiş hadisənin hallarını araşdırır.
Publika.az