• 09:28 – Tramp Zelenskinin məktubunu cavabsız qoydu 
  • 09:19 – Yer kürəsinin fırlanma sürəti azalır - Yeni araşdırma 
  • 09:15 – Rusiyalı həkim ağız quruluğunun səbəblərini sadalayıb 
  • 09:12 – Trampın təsviri olan 250 dollarlıq əsginaslar hazırlanır 

Rusiya bu bəhanə ilə Baltikyanı ölkələrə müdaxilə edə bilər


Rusiya bu bəhanə ilə Baltikyanı ölkələrə müdaxilə edə bilər

Rusiya bu bəhanə ilə Baltikyanı ölkələrə müdaxilə edə bilər

Putinin məqsədi Avropa Birliyi və NATO-nu parçalamaq, həmçinin Moskvanı Avropada dominant gücə çevirməkdir.

Bu barədə “Forbes” nəşri yazıb.

Nəşrin məlumatına görə, Putinin Ukraynanı tükəndirmə müharibəsi ilə məğlub etmək strategiyası uğursuzluğa düçar olur. Bildirilir ki, Rusiya hər ay səfərbər edə bildiyindən daha çox insan itirir, Ukrayna isə iki ildən sonra ilk dəfə daha çox ərazi geri qaytarıb və Rusiya ərazisinin dərinliklərinə zərbələri artırır.

Nəşr qeyd edir ki, bu fonda Rusiya münaqişəni Ukraynadan kənara çıxarmağa çalışa bilər. Xüsusilə Litva, Latviya və Estoniyaya qarşı təhdidlərə diqqət çəkilir.

Kreml Baltikyanı ölkələrdə rus azlıqlarının guya təqib edildiyini iddia edərək bunu hərbi müdaxilə üçün bəhanəyə çevirə bilər.

“Putin AB və NATO-nu parçalamaq və Moskvanı Avropada dominant gücə çevirmək istəyir”, - nəşr yazıb.

Məqalədə həmçinin qeyd olunur ki, sözügedən ölkələr mümkün təhlükələr fonunda Ukraynadan müvafiq yardımlar almağı müzakirə edir.





Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →