
Azərbaycanın Kiyevdəki səfirliyinin Rusiya tərəfindən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik.
XEBERTV.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirəsində deyib.
Prezident vurğulayıb ki, nəinki Azərbaycanın Ukraynada enerji infrastrukturuna zərbələr endirilib, Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub:
"Birinci hücuma gəldikdə elə bilirdik, bu, təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəliklərinin, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını verdik. Ondan sonra iki hücum oldu. Bu, Azərbaycanın diplomatik nümayəndəliklərinə bilərəkdən hücumdur".
Prezident xatırladıb ki, bununla bağlı Azərbaycanın bəyanatı olub, səfir dəvət olunub, diplomatik nota verilib:
"Yalnız diplomatik formatda addımlar atdıq. Əlavə hər hansı iş görə bilmərik".