• 20:22 – Paşinyan Naxçıvana dron hücumu fonunda Təhlükəsizlik Şurasını toplad 
  • 19:24 – İranla sərhədlə bağlı təcili qərar - NK 
  • 19:18 – Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum... 
  • 18:46 – Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video 

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya




AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin İrəvanda keçirilən altıncı görüşünün nəticələrini alqışlayıb.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə Qrono X sosial şəbəkə hesabında paylaşım edib.

"Mən Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Sərdar Kılıç arasında bu gün baş tutan altıncı görüşü ürəkdən alqışlayıram. Bugünkü dinamika və verilən bəyanatlar ümidvericidir", - o vurğulayıb.

Qrono qeyd edib ki, AB Ermənistan və Türkiyə arasında normallaşma və sülh proseslərini yaxından izləməkdə davam edir və tərəflərin davamlı sülhün əldə edilməsinə, regional əməkdaşlığın inkişafına, əlaqələrin və uzlaşmanın gücləndirilməsinə yönəlmiş səylərini dəstəkləmək niyyətindədir.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →