• 22:14 – Bakıda Pre-COP29 konfransına yekun vuruldu 
  • 22:05 – Ölkədən pul axını kəskin artdı: Nəzarət gücləndirilir 
  • 22:01 – Müharibə başlasa, Peterburqu vuracağıq 
  • 21:21 – Korotçenko: "Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir" 

Rəisinin helikopterinin təxribatla məhvi… - İran Baş Qərargahı



 


Rəisinin helikopterinin təxribatla məhvi… - İran Baş Qərargahı

İran Prezidenti İbrahim Rəisinin helikopterinin təxribat əməliyyatları nəticəsində partladılması ilə bağlı fərziyyə istisna edilir.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının 19 mayda baş verən helikopter qəzası ilə bağlı təhqiqatının ikinci hesabatında deyilir.

“Helikopterin parçaları arasındakı məsafəyə və onların səpələnmə üsuluna əsasən, uçuş zamanı və ya təpənin yamacına dəyməyə bir neçə saniyə qalmış təxribat nəticəsində partlayışın baş verməsi ehtimalı istisna edilir”, - hesabatda vurğulanıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Bundan əvvəl Baş Qərargah qəza ilə bağlı birinci hesabatını yaymışdı.



Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →