• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Paşinyan Qranadada Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisini 86,6 min km² kimi tanıyan bəyanatı imzaladı




 


Paşinyan Qranadada Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisini 86,6 min km² kimi tanıyan bəyanatı imzaladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa siyasi birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan bəyanat imzalayıb. Bura Qarabağ da daxildir.

XEBERTV.AZ  APA-ya istinadən bildirir ki, bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb.

Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →