• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Qarabağı tərk edən ermənilərə "qaçqın" statusu verilə bilməz - Bu fakta görə



 


Qarabağı tərk edən ermənilərə "qaçqın" statusu verilə bilməz - Bu fakta görə

Əgər Azərbaycan Respublikasının vətəndaşları olsaydılar, o zaman "qaçqın statusu"nun verilməsi barədə düşünmək gərəkərdi. Lakin fakt odur ki, həmin kəslər üzərlərində Ermənistan pasportu və ya digər qeyri-qanuni sənədlər daşıyırlar.

XEBERTV.AZ xəbər verir ki, bunu Publika.az-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.

Xatırladaq ki, Fransanın təşəbbüsü ilə bir qrup dövlət oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat verib. Bəyanatda öz əksini tapan iddialardan biri də Qarabağdan Ermənistana köçən erməni əhalisinə "qaçqın statusu"nun verilməsidir.

Məsələyə münasibət bildirən ekspert qeyd edib ki, bu bəyanat da əvvəlkilər kimi qərəzli mövqe göstəricisi və heç bir həqiqətə söykənməyən tələblər toplusudur:

"Onlar Azərbaycanı erməni kimi tərk edib, azərbaycanlı kimi deyil. Bu tərketmə prosesində də tərəfimizdən əsla məcburiyyət olmayıb. Dəfələrlə Qarabağın erməni əhalisinə ölkəmizdə qalmaq təklif edilib, digər Azərbaycan vətəndaşları kimi bütün hüquqlarının qorunacağı vəd olunub. Yəni onlar Qarabağdan Ermənistanın təhrikilə çıxır".

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →