• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

“Unudulmayanlar” layihəsi çərçivəsində tədbir - Xanəndə Səttar

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsi çərçivəsində “Xanəndə Səttar” adlı tədbir keçirilib.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir XIX əsrin tanınmış siması - xanəndə Səttarın həyat və yaradıcılığına həsr olunub. Tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Azərbaycan muğam ifaçılığında iz qoyan xanəndənin sənət yolu haqqında məlumat verib. Bildirilib ki, musiqişünası Firidun Şuşinski öz məqaləsində Səttara yüksək qiymət verir. O yazır: "Səttarın Qafqaz xalqlarının milli musiqisinin inkişafında böyük rolu vardır. Səttarın konsertlərində Tiflisdə yaşayan rus və italyan musiqi həvəskarları iştirak edir və özlərinin konsertlərində iştirak etmək üçün onu da dəvət edirdilər. 1847-ci ildə italyan skripkaçı Tiflis teatr orkestrinin dirijoru Malaqolli Səttarı xeyriyyə cəmiyyəti tərəfindən təşkil olunmuş konsertdə iştirak etməyə dəvət etmişdi. Konsertdə muğam oxuyan Səttar böyük müvəffəqiyyətlər qazanmışdı".

Səttar Tiflisin musiqi həyatında görkəmli rol oynayıb. O, nəinki musiqi gecələrində, həm də açıq havada təşkil olunan konsertlərdə və ziyafətlərdə məlahətli səsi ilə çoxmillətli şəhərin sakinlərinə estetik zövq verirmiş. O, yoxsullara kömək məqsədilə keçirilən beynəlxalq konsertlərdə skripkaçı Miller ilə, müğənni Seymur-Şiff ilə birgə iştirak edib.

Xanəndə Səttar Tiflisin indiki Nəbatat bağında əvvəllər mövcud olan müsəlman qəbiristanlığında dəfn edilib.

Tədbir çərçivəsində BMM-in solistlərinin ifasında muğam və təsniflərdən ibarət konsert proqramı təqdim olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →