• 00:16 – Tokayevin Paşinyana jesti Kremlə hansı mesajı verdi? 
  • 00:09 – Pentaqon məşhur Çin şirkətlərini qara siyahıya saldı 
  • 00:04 – Vətənlə Birgə Əbədi Yaşayanlar 
  • 22:12 – Ərdoğan: Bu, Türkiyə iqtisadiyyatına 365 milyard lirə qazandırdı 

“Aşıq Qərib” operası növbəti dəfə səhnədə

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, martın 1-də təqdim ediləcək səhnə əsəri Qərib adlı insanın saf məhəbbətindən bəhs edir.

Operada əsas rolları Əməkdar artist Səbinə Vahabzadə, teatrın solistləri Mütəllim Dəmirov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nərminə Quliyeva, Pərviz Verdiyev, Nəzər Bəylərov, Mülayim Həsrətova, Esmira Məmmədova, Sadiq Məlikov, Elşad Məmmədov və Zeynalabdin Kərimov ifa edəcək. Tamaşa Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarında və iticket.az saytından əldə etmək olar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →