• 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 
  • 19:23 – Bakı metrosunda FACİƏ - Sərnişin qatar yoluna düşdü 
  • 19:18 – İlham Əliyev Zəngilanda... 
  • 19:21 – Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi 

Beynəlxalq Muğam Mərkəzində şair Davud Nəsibin xatirəsi anılıb

Beynəlxalq Muğam Mərkəzində şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi, "Qazax" Xeyriyyə İctimai Birliyinin və şairin ailəsinin birgə təşkilatçılığı ilə hazırlanıb.

Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan gecədə Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edib. Davud Nəsiblə 14 il bir yerdə çalışdığını diqqətə çatdıran xalq şairi unudulmaz xatirələrini bölüşüb. “Davud Nəsibin şeirlərindəki ədəbi hisslər başdan-ayağa poetik rənglə cilalanıb. Şairin yaradıcılığını oxuduqca onun həm də sözün, ruhun, torpağın keşikçisi olduğunu görürük ”, - deyə Nəriman Həsənzadə vurğulayıb.

Xatirə gecəsində aktyorların ifasında Davud Nəsibin "Cavanşir" tarixi romanı nümayiş olunub. Şairin şeirləri və sözlərinə yazılmış musiqilər səslənib.

Qonaqlara Davud Nəsibin "Cavanşir" tarixi romanı və iki cildlik "Ata laylası" kitabı hədiyyə edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →