• 21:21 – Korotçenko: "Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir" 
  • 21:05 – Rusiya ABŞ-a yeni səfir göndərəcəkmi? 
  • 21:02 – Putin Soçiyə gəlməkdən niyə qorxur? – “Proyekt” 
  • 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 

Ukraynalı müğənni Litvadakı konsert zalını məhkəməyə verəcək

Ukraynalı müğənni və teleaparıcı Svetlana Loboda Litvada reputasiyasının zədələnməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

İfaçı bu barədə bazar ertəsi Vilnüsdə keçirdiyi mətbuat konfransında bildirib.

“Litva hakimiyyətinin məni “persona non qrata” elan etmək cəhdi ona gətirib çıxardı ki, turun təşkilatçıları bilet satışını dayandırdılar və Vilnüsdəki “Compensa” konsert zalı birtərəfli qaydada konserti ləğv edərək mənim onların səhnəsində arzuolunmaz şəxs olduğumu bəyan etdi”, - deyə Loboda vurğulayıb.

Qeyd edək ki, Lobodanın Litvanın paytaxtındakı konserti artıq başqa bir məkanda baş tutacaq.

Xatırladaq ki, ötən həftə Litva Xarici İşlər Nazirliyinin tövsiyələri və ifaçının Litvadakı mübahisəli reputasiyası nəzərə alınaraq Lobodanın Klaypeda, Panevezis və Şaulyaydakı çıxışları ləğv edilib.

Əvvəlcə XİN Lobodanı ölkədə arzuolunmaz şəxs elan etmək istəsə də, nazirliyin mətbuat katibi Paulina Levitskayte bunun üçün heç bir hüquqi əsas tapılmadığını bildirib. Müğənni Ukrayna vətəndaşıdır, hazırda Latviyada yaşayır, ona görə də rusiyalı sənətçilərindən fərqli olaraq, ona respublikaya avtomatik giriş qadağası qoyulmur.

Litvanın mədəniyyət naziri Simonas Kairisin qeyd etdiyi kimi, Lobodanın Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı mövqeyi anlaşılmazdır. Nazir vurğulayıb ki, Latviyada bəzi tədbirlərin təşkilatçıları Lobodanın çıxışlarını özləri ləğv edib və Litva şou-biznesinin nümayəndələrini onlardan nümunə götürməyə çağırıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →