BAKI-XEBERTV.AZ
Ferhat Göçerin Bakıda unudulmaz konserti
Türkiyəli məşhur müğənni Ferhat Göçer Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.
Sənətçi Heydər Əliyev Sarayında sevgi dolu mahnıları, səmimi enerjisi və güclü səsi ilə tamaşaçıların zövqünü oxşayıb. Zal alqış səsləri ilə titrəyib, hər kəs onunla birlikdə oxuyub.
Konsertdən əvvəl təşkilatçı Eyyub Hüseynzadə və Ferhat Göçer jurnalistlərlə görüşüb maraqlı fikirlər səsləndiriblər.Eyyub Hüseynzadə deyib ki, bu gecə üçün tam dörd ay boyunca yorulmadan çalışıblar və hər anı tamaşaçılara unudulmaz hisslər yaşatmaq məqsədi daşıyıb:”4 aya yaxın idi ki biz bu konsertə hazırlaşırdıq. Son bir həftə ərzində bütün biletlərimiz bitdi. Artıq 3 ildir ki, biz onun konsertini təşkil edirik. Ferhat Göçer çox kaprizsiz müğənnidir. Əsasən bu cür müğənnilərin kaprizləri olmur. Yeni müğənnilərin daha çox istək və kaprizləri olur"
Səhnəyə çıxmazdan əvvəl hisslərini bölüşən Ferhat Göçer isə deyib:”Eyyub qardaşımız həm Azərbaycanın, həm də Türkiyənin çox dəyər verdiyi təşkilatçılardandır. Bu sahədə əsas məsələ etimaddır. Həm bizim buraya eyni duyğularla gəlməyimiz, həm də azərbaycanlı dostlarımızın konsertə güvənlə gəlməsi çox önəmlidir. Bu baxımdan Əyyub bizim üçün çox dəyərlidir.Bu dəfə Bakıya böyük sürprizlərlə gəlmişəm. Ən önəmlisi odur ki, 18 oktyabr - Azərbaycanın Müstəqilliyin Bərpası Günüdür. Bu gün özəl bir repertuar hazırladıq və çox həyəcanlıyam.Son zamanlar Azərbaycanlı müğənnilər Elnar və Arzu xanım yaxın dostlarımdır. Bu dəfə isə yeni bir istedadla tanış oldum — Johnny. Gənc, istedadlı və nümunəvi biridir, həm Asiyada, həm də Avropada çox sevilir. Onun “Cennet”, “Yastayım”, “Kızım” kimi mahnılarımı ifa etməsi məni çox sevindirir. “Takvim” və “Nakam” da mənim üçün çox dəyərlidir.Hər səfərimdə bir Azərbaycan mahnısı səsləndirməyə çalışıram “Nakam” kimi. Bu dəfə də tamaşaçılara xüsusi sürprizim var. Mən illərdir Azərbaycan–Türkiyə qardaşlığını səhnədə yaşadıram. İki ay-ulduzlu bayraq bir-birini tamamlayır və bu dostluq əbədi olmalıdır.Azərbaycan, xüsusilə də Bakı artıq dünyanın parlayan ulduzlarındandır. Biz İstanbuldakı dostlarla sizin uğurlarınızı qürurla izləyirik. Hər iki xalq bir-birinin uğuruna sevinməyə davam etdikcə bu dostluq da güclənəcək. Biz birlikdə olduğumuz müddətcə heç vaxt məğlub olmayacağıq.Məndən soruşurlar: “Azərbaycanda yaşamağı düşünürsünüzmü?” Mən deyirəm ki, Bakı mənim üçün İzmir və ya Antalya kimidir. Hər gəlişimdə şəhərin böyüdüyünü, gözəlləşdiyini görürəm. Gəncəni də çox sevirəm. İlk dəfə Azərbaycana gələndə məhz Gəncədə üç konsert vermişdim, sonra Bakıya gəlmişdim. Ona görə Gəncə mənim üçün xüsusi yerdir.Bundan sonrakı səfərim də Qarabağda olacaq.Bu dövr həm də Türkiyənin Müstəqillik və Respublika Bayramına təsadüf edir. Azərbaycanın Müstəqillik Günü ilə eyni tarixlərdə olması çox gözəl uyğunluqdur”.
Qeyd edək ki, Ferhat Göçerin Bakı konserti Anadolu Events şirkətinin dəstəyi ilə gerçəkləşib.Canlı orkestrin müşayiəti ilə səhnəyə çıxan Ferhat Göçer, konsertin əsas hissəsində sevilən hitlərini bir-bir səsləndirərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb.
Gecə boyu “Biri Bana Gelsin”, “Gidemem”, “Yastayım”, “Sarıl Bana”, “Kızım”, “Üzmez mi?”, “Gül Ki”, “Beni Başkası Anlayamaz” kimi məşhur mahnılar səslənib. Tamaşaçılar hər mahnını sənətçi ilə birlikdə oxuyub, zalda musiqi və emosiyanın birləşdiyi möhtəşəm atmosfer yaranıb.Konsertin ən duyğulu anı isə Ferhat Göçerin “Çırpınırdı Qaradəniz” mahnısını ifa etməsi olub. O, mahnı zamanı Azərbaycan və Türkiyə bayraqlarını əllərində dalğalandıraraq qardaşlığa olan sevgisini nümayiş etdirib. Bu jest zalda alqış tufanı yaradıb — tamaşaçılar müğənnini ayaqüstə alqışlayıblar.
Xəbərin linki: https://m.youtube.com/watch?v=o2KqyY2oqkQ
Müəllif: İsmayıl Zaman
https://m.youtube.com/watch?v=o2KqyY2oqkQ