• 22:08 – Qax-Ağçay-İlisu yolu işıqlandırılacaq 
  • 22:01 – Türkiyədə yanğın: 12 nəfər öldü, 78-i yaralandı 
  • 21:56 – İsrail bizə yalvarmağa məcbur oldu - SEPAH 
  • 22:54 – Baqrat İrəvanda XAL İTİRDİ: Azərbaycanla sərhədə qayıdır 

Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İstanbulda nəşr edilib

Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İstanbulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib.

AZƏRTAC xəbər verir ki, bu gün də ürək döyüntümüz olan Qarabağ müəllifin yeni kitabının əsas mövzusudur.

Adı çəkilən əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür.

“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.

Kitabı Türkiyə türkcəsinə tanınmış türk yazarı, şair-publisist İmdat Avşar çevirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →