• 22:45 – MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - Foto 
  • 22:36 – Türkiyədə 350-dən çox qanunsuz miqrant saxlanıldı 
  • 20:41 – Qonşu ölkədən Azərbaycana pul köçürmələri kəskin artdı 
  • 20:37 – Ukrayna ordusu bu şəhəri azad etdi - Əməliyyatın videosu 

Musiqi məktəblərinin müəllimləri üçün ustad dərslər təşkil edilib

Musiqi məktəblərinin müəllimləri üçün ustad dərslər təşkil edilib

Şəkidə fəaliyyət göstərən uşaq musiqi məktəblərinin müəllimləri üçün ustad dərslər təşkil edilib.

Bu barədə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Regional İdarənin rəisi Azər Yusubov regionun musiqi məktəbləri üçün önəmli olan tar və kamança ixtisasları üzrə tədris edən müəllimlərə ustad dərslərinin keçirilməsini yüksək qiymətləndirib, bu işin təşkilinə verdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə və ustad dərslər üçün dəvət almış pedaqoqlara təşəkkürünü bildirib.

Daha sonra Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Abşeron rayon və Xırdalan şəhər 11 illik Uşaq Musiqi məktəbləri müəllimlərinin iştirakı ilə Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəblərində tar və kamança ixtisası üzrə tədris edən müəllimlərə ustad dərslər keçirilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →