• 19:08 – Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub. 
  • 18:56 – Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi? 
  • 18:46 – MPK və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir 
  • 19:10 – Qara dənizdə hücuma məruz qalan tanker hələ də yanır 

Mingəçevirdə nazirliyə məxsus xidməti qayığın yandırılması ilə bağlı cinayət işi başlanılıb

Mingəçevirdə nazirliyə məxsus xidməti qayığın yandırılması ilə bağlı cinayət işi başlanılıb

Bu gün səhər saatlarında Mingəçevir Şəhər Polis Şöbəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan xidməti qayığın Kür çayında qanunsuz balıq ovlayan brakonyer tərəfindən yandırılması və nəticədə nazirliyin regional idarəsinin iki əməkdaşının müxtəlif dərəcəli yanıq xəsarətləri alması ilə bağlı məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə cəlb olunub, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törədən şəxsin əvvəllər də məhkum olunmuş Şaban Məmmədov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →