• 14:39 – Ekspertdən xəbərdarlıq: Bakıda kəskin şaxta, qar... 
  • 14:35 – Putin güzəştə getməyə hazırdır - Tramp 
  • 14:29 – Kupon Bookingin təşkilatçılığı ilə möhtəşəm Manga konserti 
  • 20:09 – Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ 

Pandemiyaya baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi layiqincə yerinə yetirə bildi - Ceyhun Bayramov

Pandemiyaya baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi layiqincə yerinə yetirə bildi - Ceyhun Bayramov

Koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini layiqincə yerinə yetirə bildi.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Gənclər sammitinin yekun iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Bandunq prinsiplərinə sadiq qalmaqda davam edir.

C.Bayramov qeyd edib ki, mədəni, dini və siyasi fərqliliklərə baxmayaraq, Qoşulmama Hərəkatının üzv ölkələri ümumi dil tapa bilib.

Nazir Qoşulmama Hərəkatı Gənclər sammitinin uğurunu qeyd edib və əlavə edib ki, gənclərə öz bacarıqlarını nümayiş etdirmək, yeni əlaqələr qurmaq üçün məkan vermək lazımdır.

O əlavə edib ki, sabah Şuşa şəhərində qəbul olunacaq sənədlər növbəti dəfə Azərbaycanın və bu sammitin uğurlu işini təsdiqləyəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →