• 20:33 – Goranboyda son vəziyyət: operativ iclasda nə qərar verildi? 
  • 20:24 – Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi 
  • 20:22 – Qanunsuz satışa çıxarılan "arıqlama çayları" aşkarlandı 
  • 20:17 – Aparanda dəhşətli qəza: 5 nəfər öldü, 10-u yaralandı 

Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər xəstəxanaya müraciət edib, 6 nəfər ölüb

Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər xəstəxanaya müraciət edib, 6 nəfər ölüb

May ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu açıqlamasında bildirib ki, onlardan 137-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb.

Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3-ü kişi, 3-ü qadın) dünyasını dəyişib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →