• 21:21 – Korotçenko: "Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir" 
  • 21:05 – Rusiya ABŞ-a yeni səfir göndərəcəkmi? 
  • 21:02 – Putin Soçiyə gəlməkdən niyə qorxur? – “Proyekt” 
  • 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 

Mövsümün ilk yarışları üçün çox yaxşı nəticəmiz var - Milli komandamızın məşqçisi

Mövsümün ilk yarışları üçün çox yaxşı nəticəmiz var - Milli komandamızın məşqçisi

Mövsümün ilk yarışları üçün çox yaxşı nəticəmiz var.

Bu barədə Azərbaycan yığmasının qrup hərəkətləri üzrə məşqçisi Siyana Vasileva deyib.

Qeyd edək ki, Azərbaycan komandası Dünya Kubokunda qrup hərəkətlərində çoxnövçülük proqramı üzrə gümüş, beş halqa ilə hərəkətdə isə qızıl medal qazanıb.

"Təbii ki, nəticədən razıyam, bu ildə ilk yarışımızları idi. İlk start üçün bu, çox yaxşı nəticədir, bundan sonra da çalışacağıq. Doğma Bakıda təşkil olunan kubok və tamaşaçılar bizi inanılmaz dərəcədə dəstəkləyib. Çoxnövçülükdə qızlar mübarizə aparıb gümüş medal qazanıblar, finalda isə qızıl medal qazanmaq istəyirdik və şadam ki, növlərin birində buna nail ola bildik. Düşünürəm ki, turnirlərdə rəqiblərin reqaliyasına baxmamalısan, diqqətini öz proqramına yönəltməlisən," deyə məşqçi bildirib.

Bakıda keçirilən dünya çempionatında Azərbaycan komandası iki proqram - beş halqa ilə hərəkətlər proqramı, həmçinin üç lent və iki topdan ibarət kompozisiya təqdim edib. Bu iki növlərdə komanda müxtəlif tərkiblərdə çıxış edib. Beş halqa ilə hərkətləri üzrə proqramı Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokina təqdim ediblər. Amma üç lent və iki top ilə hərəkətlərdə Kamilla Əliyevanın əvəzinə xalçaya Zeynəb Qummətova çıxıb.

"Bunun səbəbi qızlar üçün üç lent və iki toplar hərəkətlər üzrə proqramın yeni olmasıdır", - deyə S.Vasileva qeyd edib.

Beynəlxalq Gimnastika Federasiyasının Atletlər Komissiyasında fəaliyyəti barədə danışan S.Vasileva qeyd edib ki, o, gimnastlara lazımi dəstəyi göstərməyə çalışır:

"Görüşlər keçiririk, Bakıda keçirilən Dünya Kuboku zamanı müxtəlif ölkələrin gimnastları ilə danışdım, yarışın bəzi iştirakçıları mənə müraciət etdilər. Mən həmişə onların maraqlarını müdafiə etməyə, dəstəkləməyə, məsləhətləri ilə kömək etməyə hazıram. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə işlər genişlənəcək".

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilib. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →