• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

ABŞ-ın Qazaxıstan açıqlamasına Rusiyadan sərt cavab

ABŞ-ın Qazaxıstan açıqlamasına Rusiyadan sərt cavab

Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət katibi Entoni Blinkenin fikirlərinə münasibət bildirib.

Nazirlik açıqlamasında Blinkenin Qazaxıstandakı hadisələrlə bağlı kobud formada zarafat etdiyini vurğulayıb.

“Blinken tarix dərslərini çox sevirsə, bunları bilməlidir: Amerikalılar kiminsə evinə gələndə həyatda qalmaq, soyğuna uğramamaq çətin olur. Yaxın keçmiş deyil, ABŞ-ın 300 illik tarixi bizə dərs verir. Şimali Amerika qitəsindəki hindular, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görən digər bədbəxt insanlar bu barədə çox şey danışa bilərlər”, - açıqlamada deyilir.

Qeyd edək ki, Blinken Rusiya sülhməramlılarının Qazaxıstana yerləşdirilməsindən danışarkən “Düşünürəm ki, yaxın tarixdən ibrət almaq lazımdır. Çünki bir dəfə ruslar sizin evinizə soxuldusa, onları qovmaq çox çətin olacaq” ifadəsini işlədib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →