• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Polis asayişin qarantıdır


BAKI-XEBERTV.AZ 

Polis asayişin qarantıdır
Bildiyimiz kimi, Azərbaycan polisi bir hüquq mühafizə orqanı kimi ölkəmizdə ictimai asayişin qorunmasında gərgin əmək sərf edir. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları polisin işini yüksək qiymətləndirir və bu münasibətlə deyib: «Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam».
Bilirik ki, Azərbaycanda polis sistemi çar Nikolayın Fərmanı ilə 10 aprel 1840-cı il tarixində Rusiya İmperiyasının Daxili İşlər Nazirliyinin tabeliyində ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə məqsədləri ilə yaradılıb. 1918-ci il mayın 28-də isə Azərbaycan Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən Tiflisdə təşkil edilmiş birinci Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində polis sistemi daha çevik formada öz təsdiqini tapmışdır. O vaxtdan indiyə kimi – 107 ildir Azərbaycan polisi üzərinə düşən işin öhdəsindən bacarıq və məsuliyyətlə gəlir.
Azərbaycan polisi müxtəlif dövrlərdə ölkədə cərəyan edən, hökm sürən anarxiyanın qarşısının alınması, qanunçuluğun və hüquq normalarının bərqərar edilməsi, ölkə vətəndaşlarının şəxsi və əmlak təhlükəsizliklərinin təmin olunması, cinayətkarlıqla mübarizə aparılması işində və s. xüsusi səy və bacarıq nümayiş etdirmiş, daim dövlətin yanında olmuşdur.
Artıq Azərbaycan müasir dövlət kimi misilsiz dərəcədə formalaşıb və hazırda bu dövlətin olduqca müasir, səviyyəli polisi var. Bu təşkilat ictimai asayişin qorunmasından tutmuş Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə qədər bütün vacib proseslərdə və mühüm hadisələrdə yaxından iştirak etmiş, əsl Vətən sevgisi göstərmişdir.
Bəli, Azərbaycan polisi böyük vətənpərvərliklə müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayır.
Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub və hər il bu tarixdə güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan polis öz peşə bayramını qeyd edir.
Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı altında Azərbaycan polisi davamlı inkişafda xüsusi rol oynayır, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.
Bayramınız mübarək, əziz polislər!
Mövsümağa Abasov.
Yazıçı-publisist.
Reytinq: 
  • Нравится
  • 1
Son xəbərlər
bütün xəbərlər →